BAKI, 19 noyabr.TELEQRAF
Xalq artisti Roza Cəlilova "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
Teleqraf xəbər verir ki, Xalq artistinin dəfn mərasimində sənət dostları və Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər.
***
15:14
Təzə Pir məscidində Xalq artisti, xoreoqraf-baletmeyster Roza Cəlilova ilə vida mərasimi başa çatıb.
Teleqraf xəbər verir ki, Xalq artistinin vida mərasimində sənət dostları və Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər.
Roza Cəlilova Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
***
13:39
Xalq artisti, xoreoqraf-baletmeyster Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, vida mərasimində ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak edirlər.
Qeyd edək ki, Roza Cəlilova Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.