BAKI, 18 noyabr. TELEQRAF

Əməkdar artist Yadigar Muradovun Şuşa Dövlət Musiqili Dram Teatrında vida mərasimi baş tutmayıb.

Bu haqda Teleqraf-a Əməkdar artistin oğlu Yaşar Muradov məlumat verib.

"Hava şəraiti ilə əlaqədar atamın nəşini birbaşa Badamdar qəbiristanlığına aparırıq", - deyə Y. Muradov əlavə edib.

Mədəniyyət Nazirliyindən Teleqraf-un sorğusuna cavab olaraq bildirilib ki, ailənin qərarına əsasən Əməkdar artist Yadigar Muradov evindən son mənzilə sola salınıb.

***

12:01

Şuşa Dövlət Musiqili Dram Teatrında Əməkdar artist Yadigar Muradovla vida mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, mərasimə mərhumun ailə üzvləri və sənət dostları toplaşıb.

Qeyd edək ki, Yadigar Muradov Badamdar qəbiristanlığında dəfn ediləcək.