BAKI, 12 noyabr. TELEQRAF
Türkiyənin tanınmış sənətçisi Muazzez Abacı 78 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, ürək və böyrəklərində yaranan problemlər səbəbindən xəstəxananın reanimasiya şöbəsində müalicə alan sənətçi bu gün dünyasını dəyişib.