BAKI, 6 noyabr. TELEQRAF
Əməkdar artist Vahid Əliyev 73 yaşında vəfat edib.
Bu barədə Teleqraf-a Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.
O, bildirib ki, Əməkdar artist bir neçə dəqiqə öncə yaşadığı mənzildə dünyasını dəyişib.
Vahid Əliyevin həyat yoldaşı Tamilla Əliyeva bildirib ki, aktyor 10 gün əvvəl xəstəxanaya yerləşdirilibmiş: "Xəstəxanadan evə buraxıldıqdan sonra da səhhətində irəliləyiş olmadı. Son iki gündə vəziyyəti daha da ağırlaşmışdı".
Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub.