BAKI, 4 noyabr. TELEQRAF
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev dünyasını dəyişib.
Bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
Qeyd edək ki, Vaqif Vəliyev sentyabrın 26-da ağır sepsis, septik şok, ağciyərlərin hər ikisində pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.