BAKI, 25 iyun. TELEQRAF

Ötən gün Xalq artisti Mələkxanım Əyyubova IX “Muğam” Televiziya Müsabiqəsi zamanı səhhətində problem yarandığına görə münsiflər kürsüsünü tərk edib.

Xalq artisti Teleqraf-a açıqlamasında səhhətinin hazırda qaydasında olduğunu bildirib.

Mələkxanıma Əyyubovanın sözlərinə görə, ona ilkin tibbi yardım göstərilib.

“Mədəmdə ağrı vardı, özümü pis hiss etdim. Ona görə verilişi yarımçıq tərk etməli oldum. Təcili tibbi yardım xidməti gəldi, çox sağ olsunlar, dərhal köməklik göstərdilər. Çalışdım ki, narahatlığımı tamaşaçılarımız bilməsin”, - xanəndə bildirib.