BAKI, 18 mart. TELEQRAF

Tanınmış xanəndə sosial şəbəkə hesabında Ayşən Mehdiyava Daxili İşlər Nazirliyinə müraciət edib.

Teleqraf xəbər verir ki, buna səbəb xanəndənin adından dələduzluq edilməsi olub.

"Dünən gecə fotomu "Whatsapp"da profilinə yerləşdirib, kontaktımda olan nömrələrə yazıb, adımdan pul istəyiblər. Bir neçə nəfəri aldatmağa nail olublar. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən araşdırma aparıb, dələduzların cəzalandırılması üçün lazımi tədbir görülməsini xahiş edirəm. Hər birinizdən xahiş edirəm bu məsələlərdə diqqətli olaq", - deyə Ayşən Mehdiyeva qeyd edib.

Xanəndə Teleqraf-a bildirib ki, hazırda Özbəkistandadır: "Bakıya gələn kimi rəsmən ərizə ilə Daxili İşlər Nazirliyinə müraciət edəcəm. Mənim adımdan həmkarlarım Kamilə Nəbiyevaya, Gülzar Fərəcovaya və dietoloq Şəfa Yadigarovaya mesaj yazıblar. Hətta Şəfa Yadigarova kart hesabına 300 manat pul da yükləyib".