
Bakı, 15 fevral. TELEQRAF
Rusiyanın məşhur müğənnisi, Tatarıstan Respublikasının Xalq artisti Alsu Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teleqraf xəbər verir ki, Alsu Bakıda konsert proqramı ilə çıxış etdiyi üçün xoşbəxt olduğunu açıqlayıb.
O, "Mən çox xoşbəxtəm ki, Bakıdayam. Sevgililər Günündə bütün sevgililəri təbrik edirəm",-deyə qeyd edib.
İfaçı Bakı ilə bağlı xatirələrini bölüşərək keçmiş həyat yoldaşı, iş adamı Yan Abramova təşəkkür edib: "Bakılıların kim olduğunu mənə göstərdiyi üçün ona təşəkkümü bildirirəm. Siz çox qonaqpərvərsiniz. Məni Bakıda çox mehriban və sevgi ilə qarşıladınız".
Qeyd edək ki, Alsu konsert proqramında Xalq artistləri Emin Ağalarov və Brilliant Dadaşova ilə duet oxuyub.