BAKI, 19 may. TELEQRAF

Elm adamları əmindirlər ki, kainatda Yerəbənzər bir çox planet var, amma mövcud texnologiya ilə onların aşkarlanması çox çətindir. Planetin kütləsi nə qədər kiçikdirsə, onu aşkar etmək də bir o qədər mürəkkəb məsələdir.

Teleqraf xəbər verir ki, Yer kürəsinin ölçüsündə olan bir planet Günəş kimi bir ulduzun ətrafında fırlanarkən, olduqca zəif təsirə səbəb olur.

Ulduzun sürətindəki dəyişiklik cəmi 10 sm/s-dir ki, bunu müasir cihazlarla ölçmək demək olar, mümkün deyil.

Qırmızı cırtdanların ətrafında bu cür planetləri aşkar etmək daha asandır, çünki onlar kiçik ulduzlardır və planetlərin təsirinə daha həssasdırlar. Bu gün daha çox “Superyerlər” adlandırılan planetlər - Yerdən bir neçə dəfə böyük, Neptundan daha kiçik olan planetlər kəşf edilir.

Elm adamları həmçinin ulduzlarına çox yaxın orbitdə olan və bir orbitini cəmi bir neçə gündə tamamlayan qaz nəhəngləri olan “isti Yupiterlər”dən də bəhs edirlər. Onlar aşkar etmək üçün ən asanı ekzoplanetlərdir. Bundan əlavə, Yerdən xeyli böyük olan “isti Neptunlar” da mövcuddur.