BAKI, 26 noyabr. TELEQRAF
İran Küveytin strateji əhəmiyyətli obyektlərindən birinə hücumla bağlı ittihamları təkzib edib.
Teleqraf xəbər verir ki, ölkənin Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçinin sözlərinə görə, bu ittihamlar İsrail və ABŞ-nin regionda qeyri-sabitliyi artırmaq cəhdlərini ört-basdır etməyə xidmət edir.
“İsrail və ABŞ qüvvələrinin keçmişdəki düşmənçilik fəaliyyətlərini, saxta bayraq altında həyata keçirdikləri əməliyyatları və regional avantüralardakı rolunu nəzərə alsaq, bu ittihamlar onların əməllərini davam etdirmək və regionda qeyri-sabitliyi artırmaq cəhdlərini ört-basdır etmək kimi qiymətləndirilir”, – deyə Şekarçi bildirib.
O, Küveyt ordusunun açıqlamalarını qəti şəkildə təkzib edərək İran Silahlı Qüvvələrinin regionda heç bir hərbi və ya hücum əməliyyatı həyata keçirmədiyini deyib.