BAKI, 26 noyabr. TELEQRAF

Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko İranın Moskvadakı səfiri Kazem Cəlali ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Yaxın Şərqdəki mövcud vəziyyət və regional böhran müzakirə olunub.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, tərəflər “Amerika-İsrail təcavüzü nəticəsində yaranan Yaxın Şərq böhranı kontekstində aktual regional məsələləri” nəzərdən keçiriblər.