BAKI, 31 mart. TELEQRAF
Gündəlik vərdişlərdəki minimal dəyişikliklər ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, tədqiqat "Avropa Profilaktik Kardiologiya" jurnalında (EJPC) dərc edilib.
Sidney Universitetinin alimlərinin fikrincə, hər gün cəmi 11 dəqiqə daha çox yatmaq, 4,5 dəqiqə fiziki fəaliyyət əlavə etmək və daha çox tərəvəz yemək səkkiz il ərzində infarkt, insult və ürək çatışmazlığı riskini 10% azaldır.
Tədqiqatçılar üç əsas amili araşdırıblar: yuxu, fiziki fəaliyyət və pəhriz. Bu parametrlərin ürək sağlamlığı üçün vacib olduğu çoxdan məlumdur, lakin bu, onların təsirlərinin birlikdə qiymətləndirilməsinin ilk tədqiqidir.