BAKI, 17 sentyabr. TELEQRAF

ABŞ senatorları "Meta"dan platformaların uşaqlara təsiri, həmçinin valideyn nəzarəti sistemlərinin effektivliyinə dair məlumatları təqdim etməyi tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Təşəbbüsdə həm Respublikaçılar, həm də Demokratlar partiyalarının nümayəndələri iştirak edirlər.

Bildirilib ki, "Meta"nın həm valideynlərə, həm də Konqresə təqdim etdiyi valideyn nəzarəti sistemi əslində təsirsizdir və kifayət qədər istifadə olunmur.