BAKI, 19 avqust. TELEQRAF
Kosmoda uzun müddətdir adi ağ cırtdan olduğu düşünülən bir ulduz kəşf edilib, əslində, onun inanılmaz tarixi var.
Teleqraf-ın xəbərinə görə, “Hubble” kosmik teleskopundan istifadə edən astronomlar müəyyən ediblər ki, WD 0525+526 adlı ağ cırtdan tək bir ulduzun təbii inkişafı nəticəsində deyil, iki ulduzun toqquşması və birləşməsi nəticəsində əmələ gəlib.
Ulduz 128 işıq ili uzaqlıqda yerləşir.
Müşahidələr zamanı əvvəlcə digər ağ cırtdanlardan fərqlənməyib. Amma müşahidələr onun atmosferində qeyri-adi dərəcədə yüksək həcmdə karbon olduğunu üzə çıxarıb ki, bu da onun təlatümlü keçmişinin bariz göstəricisidir.
Ağ cırtdanlar adətən ulduzun həyatının son mərhələlərində əmələ gələn obyektlərdir. Onların ölçüsü təxminən Yer kürəsinə bərabərdir, amma kütləsi Günəşdən 1,4 dəfə çoxdur. Amma WD 0525+526 istisnadır: o, ulduzların toqquşmasından yaranıb.
Tədqiqatın həmmüəllifi, professor Boris Gensike deyir: “Bu ulduz bizə adi bir ağ cırtdan kimi görünürdü, amma “Hubble” onun tam fərqli bir keçmişi olduğunu üzə çıxardı”.