BAKI, 10 iyun. TELEQRAF

30 yaşdan sonra sevgi münasibətləri qurmaq daha çətindir.

Teleqraf xəbər verir ki, bunu psixoloq Emili Verde bildirib.

O, yeniyetmə yaşlarında düşüncə tərzinin daha çox ideallaşdırılmış olduğunu, lakin zamanla insanların təcrübə topladığını qeyd edib. Psixoloqun qənaətinə görə, yetkin həyatda iş və s. kimi bir çox öhdəliklər yaranır ki, bu da münasibətlərə tam diqqət yetirməyə mane olur.

Mütəxəssisin sözlərinə görə, 30 yaşdan sonra sevgi axtarışına səhvlərin təkrarlanması qorxusu və məyusluq kimi amillər də mane olur. Bu zaman artıq ani yaranan ehtirasa deyil, real münasibətlərə üstünlük verilir.

Verde 30 yaşdan yuxarı insanlara, xüsusilə ailə qurmaq şansını artıq itirdiklərinə və insanlara etibar edə bilməyəcəklərini düşünənlərə, psixoloqa müraciət etməyi məsləhət görüb. Mütəxəssis əvvəlki təcrübəyə əsaslanan mühakimələrin yeni əlaqələrə təsir etməməli olduğunu vurğulayıb.