BAKI, 24 aprel. TELEQRAF
Barak Obamanın həyat yoldaşı Mişel Obama eks prezidentin bir vaxtlar Ağ Evdə aldığı zədədən danışıb.
Teleqraf xəbər verir ki, bu barədə "Radar Online" nəşri məlumat yayıb.
Hadisə 2010-cu ildə baş verib. Mişel Obama bildirib ki, o, həkimin kabinetində olub, ona Məxfi Xidmətdən zəng edərək prezidentin qəzaya uğraması barədə məlumat verilib.
Bildirilib ki, şənbə günü Barak Obama dostları ilə basketbol oynamaq qərarına gəlib. Oyun zaman biri Obamanı itələyib və prezidentin dodağı partlayıb.
Mişel Obama zədənin kifayət qədər ciddi olduğunu iddia edib. Həkimlər ona 30 tikiş qoymalı olublar.