Rusiyada kişi anasının hədiyyə verdiyi lotereya biletindən milyon qazanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Başqırdıstanda baş verib.

Lotereyada milyon rubl qazanan şəxs nadirən bilet aldığını deyib:

"İlk dəfədir ki, belə böyük mükafat qazanıram. Anamın bileti bütün gözləntilərimi üstələdi"

Biletin sahibi qazandığı pulu öz hotel biznesinə yatıracaq.