Elm adamları iddia edirlər ki, Merkuri planetinin qabığında kilometrlərlə almaz təbəqəsi ola bilər.

Teleqraf.com xəbər verir ki, Merkuri də digər planetlər kimi maqma okeanının donmasından əmələ gəlib.

Alimlərin fikrincə, planetin süxurları karbon və silikatlarla zəngindir. Bunu nəzərə alaraq, yüksək temperatur və təzyiq altında Merkurinin qabığındakı karbonun almaza çevrilməsi mümkündür.

Elm adamları öz fərziyyələrinin nə dərəcədə doğru olduğunu anlamaq üçün laboratoriya şəraitində Merkurinin qabığının təxmini modelini yaradıblar. Təcrübə nəticəsində məlum olub ki, Merkurinin qabığında olivin və digər minerallar, o cümlədən almaz var. Beləliklə, Merkurinin diafraqmasının 15 km qalınlığında almaz təbəqəsi ilə əhatə olunması mümkündür.

Almaz təbəqəsinin ən azı 485 km dərinlikdə olduğu güman edilir.