Bir həftə öncə ABŞ-da 75 yaşlı Maykl Altmayer adlı kişinin itkin düşməsi barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, o, Nyu-Şarondan qonşu Uyeldə gedən yolda yoxa çıxıb.

8 iyulda itən şəxsin axtarışlarına naməlum səbəbdən yalnız iyulun 12-də başlanılıb. Axtarışlardan bir neçə saat sonra Altmayer "Mount Blue" parkında bataqlıqdan çıxarılıb.

Məlum olub ki, təqaüdçü azaraq bataqlığa düşüb. Xilasedicilər zərərçəkmişə yardım göstərmiş və onu helikopterlə yaxınlıqdakı xəstəxanaya təxliyə ediblər.