ABŞ-ın Milli Kosmos İdarəsi (NASA) daha aydın görünməyə başlayan asteroid təhlükəsinə qarşı tədbir görmək üçün hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, DART adlandırılan sınaqlar çərçivəsində NASA-nın kosmik vasitə Yerin orbitindəki asteroidlə toqquşacaq.

NASA bir asteroidin Yerl kürəsi ilə toqquşması ehtimalına qarşı hazırlığa başlayıb. NASA-nın həyata keçirəcəyi layihə sayəsində Yer kürəsinə mümkün asteroid təhlükəsinin nəticələri müzakirə ediləcək. Planlaşdırma bu nəticələrə əsasən aparılacaq.

Noyabrın 23-də “SpaceX”ə məxsus “Falcon 9” raketi ilə buraxılacaq kosmik gəmi ilə Yerə çırpıla biləcək göy cisimlərinə qarşı müdafiə sistemi ilk dəfə sınaqdan keçiriləcək.

Sözügedən asteroidin 2003-cü ildə Yerdən 6 milyon kilometr məsafədən keçməsindən sonra DART layihəsinin başladığını bildirən NASA “Didymoon” adlı asteroidlə toqquşma nəticəsində 160 metr diametrli göy cisminin hərəkət istiqamətini dəyişdirməyi hədəfə alıb.

Planetimizin müdafiə edilməsi üçün bir ilk olan plan 2022-ci ilin sentyabrında həyata keçiriləcək. Yerdən 7 milyon mil uzaqda hərəkət edən cisimlər planetimiz üçün təhlükəli sayılır.