Birləşmiş Ərəb Əmirlikləri “BƏƏ zondu” bu ilin əvvəlində qırmızı planetə çatdıqdan sonra Mars və Yupiter arasındakı əsas asteroid qurşağını araşdırmaq üçün kosmosa kosmik gəmi buraxacaq.

Teleqraf.com xəbər verir ki, 2028-ci ildən başlayacaq 5 illik səyahətin 3.6 milyard kilometr olacağı gözlənilir.

Missiyanın ilk hədəfi 2028-ci ilin ortalarında Veneranın ətrafındakı göy cisminə çatmaqdır. 2029-cu ilin ortalarında isə Yer kürəsinə qayıtması planlaşdırılır.

Kosmik gəmi 2030-cu ildə asteroidləri araşdırmaq üçün ilk uçuşunu həyata keçirəcək. Yerdən 560 milyon kilometr uzaqlıqdakı bir asteroidə enməzdən əvvəl yeddi “əsas kəmər” asteroidlərini müşahidə edəcək.