O dünyanın ən uzun insanıdır. Boyu 2 metr 51 sm olan Sultan Kösen dünyanın ən uzun boylu insanı olaraq Ginnesin rekordlar kitabına düşüb.

Teleqraf.com xəbər verir ki, rekordlar kitabına adı düşəndə boyu 2 metr 46 sm olub. Bir neçə il sonra boyu daha da uzanır.

Çəkisi 130 kq olan Sultan 12 yaşı olanda boyunun hər kəsdən uzun olduğunu dərk edib. 31 yaşı var, 3 dəfə beynindən əməliyyat olunub. Əməliyyatdan sonra boyunun uzanması dayandırılıb.

Boyu ilə yanaşı, dünyanın ən böyük əlləri və ayaqlarının sahibdir. Sultan boyu uzun olduğuna görə məktəbə gedə bilməyib. Deyir ki, məktəbə getmək ən böyük arzularından olub: “Hara getsəm, insanlar məndən qorxduqları üçün çox utanırdım, özümü günahkar hiss edirdim. Evdən təhsil almaq məcburiyyətində qaldım. Bir dəfə avtobusa mindim, sürücü dedi ki, səndən 2 nəfərin pulunu alacam, çox yer tutursan”.

Boyu uzun olduğuna görə özümdən kiçiklərlə təmasdan hər zaman qaçıb: “Boyca kiçiklərin məndən uzaq saxlanılmasını tələb etmişəm. Çünki yanlışlıqla da olsa tapdalaya, əzə bilərəm. Bundan çox qorxurdum. Onların səslərini, danışıqlarını heç eşitmirdim”.

61 ölçü ayaqqabı geyinın Sultan ayaqqabılarını xaricdən sifarişlə alır. Adı Ginnesin rekordlar kitabına düşdükdən sonra həyatı 180 dərəcə dəyişib: “Harasa gedəndə həyat dayanır. Telefonlar havada, gözlər üzərimdə olur. Hamı mənimlə şəkil çəkdirir”.

Boyu uzun olduğu üçün tavanda olan bütün işlər ona tapşırılır: “Pərdələri mən asıram, lampaları mən dəyişdirirəm. Uzunboylu olmağın dezavantajları da var. Daha çox qapıya çırpılıram. Qapılar düşmənimdir”.

Sultanın sabit işlədiyi sahə olmayıb. Rekordçu olduğu üçün hazırda dünyanı gəzməklə məşğuldur.