Rusiyanın İrkutsk şəhərində yaşayan tibb bacısı Anjelika Baranova 23 ildir saçına qayçı vurmur.

Teleqraf.com xəbər verir ki, 28 yaşlı Anjelika 5 yaşından bəri saçını kəsdirmədiyini deyib:

"Saçlarım uşaqlıqdan gözəldir. Bu səbəbdən onlara toxunmadım. Saçlarımı qəsdən uzatmamışam".

Rus qadını saçlarına xüsusi qulluq göstərmədiyini bildirib: "Həftədə iki dəfə onları adi şampun və saç kremilə yuyuram, təbii şəkildə quruduram, diqqətlə darayıram".

Anjelika Baranova topuğuna qədər uzanan saçlarının ona bəzən narahatlıq gətirdiyini də etiraf edib: "Amma yaşadığım zövq narahatlığa dəyər. Onlarla gözəl görünürüəm".