“Moskvada yaşayan və Azərbaycanı görmədən musiqimizə böyük rəğbət bəsləyən pianoçu, bəstəkar, cazmen Stanislav Pinxasovla görüşdüm. O mənim hayranım olduğunu deyib, konsertdə onu müşayiət etməyi xahiş etdi. Mən də məmnuniyyətlə ifa etdim”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda Moskvada baş tutan konsertindən video paylaşarkən deyib.
O, konsertinin qonorarının verilmədiyini də bildirib: “Böyük kütlə artıq belə musiqiləri dinləməsə də, biz onu qoruyacağıq. Söz versələr də heyif ki, Moskva konsertimdən görüntüləri bizə vermədilər. Əlimizdə sadəcə telefona çəkilmiş az görüntü var . Halbuki, böyük bir yaradıcı heyət, çəkiliş qrupu çalışırdı".