Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevə atası, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev məsləhəti ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Cahad Hacıyevi atası yol-hərəkət qaydalarını pozmaması üçün tənbeh edib.
“Xahiş edirəm ki, yol-hərəkət qaydalarını pozma. Cərimələrin məbləği daha da artır. Hər şeydən xəbərdaram".
Cahad isə atasına “Bilirəm, hər şeydən xəbərdarsan”, - deyərək cavab verib.
Qeyd edək ki, yaxın günlərdə Cahad Hacıyev 3000 manat cəriməsi olduğunu demişdi.