BAKI, 9 oktyabr. TELEQRAF
Pakistan Baş naziri Şahbaz Şərif Yəmənin “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının Ər-Riyad və Əbha beynəlxalq hava limanlarına mülki şəxslərin ölümü-yaralanması ilə nəticələnən hücumlarını kəskin şəkildə pisləyib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Məkkə Müdafiə İttifaqının Siyasi-Müdafiə Strateji Komitəsinin son qərarları çərçivəsində Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə sadiqliyimiz davamlı və sarsılmazdır”, - hökumət başçısı bildirib.
Şahbaz Şərif qeyd edib ki, Pakistan Səudiyyə Ərəbistanının rəhbərliyi və xalqının yanında qətiyyətlə dayanır.