BAKI, 9 oktyabr. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında sülhün olduğu artıq faktdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Türkmənistanda keçirilən MDB sammitində bildirib.

“Son iki ildən artıq müddət ərzində ermənilərlə azərbaycanlılar arasında atışmalar nəticəsində ölən və ya yaralanan olmayıb. Halbuki son otuz il ərzində, 1990-cı illərdən başlayaraq, hər il hər iki tərəfdən ölənlər və yaralananlar olurdu”, - o qeyd edib.

Baş nazir bildirib ki, 2020-ci il müharibəsindən sonra sülhə nail olmaq üçün uzun yol qət edilib.

Ermənistan hökumətinin başçısı hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün yalnız bir real variant mövcud idi və bu model Almatı Bəyannaməsinin prinsipləri əsasında qurulub:

“Tamhüquqlu sülhün bərqərar olması üçün, obrazlı desək, Almatı Bəyannaməsini yenidən canlandırmaq lazım idi. Biz bunu Azərbaycan Prezidenti (İlham Əliyev) ilə birlikdə etdik”.

Baş nazir əlavə edib ki, Azərbaycan dəmir yolu Ermənistan yüklərinin daşınması üçün artıq təxminən bir ildir açıqdır: “Bundan başqa, iki ölkə arasında dövlət sərhədinin 12 kilometrlik hissəsində delimitasiya və demarkasiya işləri aparılıb”.