BAKI, 9 oktyabr. TELEQRAF

2026-cı ilin yanvar - sentyabr aylarında Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 34 milyard 884 milyon manata çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5% artıb. 2026-cı ilin yanvar - avqust aylarında illik müqayisədə artım 12,9% təşkil edib.