BAKI, 9 oktyabr. TELEQRAF
Rusiya ilə Müstəqil Dövlətlər Birliyi (MDB) arasında ticarət dövriyyəsi 2025-ci ildə 110 milyard dolları keçib və 2026-cı ildə də artmaqda davam edib.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB liderlərinin məhdud sayda keçirilən görüşündə açıqlayıb.
“İşlər davam edir. Qeyd etmək lazımdır ki, 2025-ci ilin sonuna qədər Rusiya ilə MDB üzv dövlətləri arasında ticarət dövriyyəsi 110 milyard dolları keçib. Və bu ilin birinci yarısında bu rəqəm daha 19 faiz artıb”, - o bildirib.