BAKI, 9 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni il öncəsi qeyri-rəsmi sammitə dəvət edib.
Teleqraf xəbər verir ki, Rusiya lideri qeyri-rəsmi sammitdə bir sıra məsələlərin müzakirəsi üçün imkanın yaranacağını deyib.
“Əlbəttə, yaxşı ənənəyə sadiq qalaraq, əziz dostlar, hamınızı dekabrın 21-də ənənəvi qeyri-rəsmi, dostluq görüşü üçün toplaşdığımız Sankt-Peterburqa dəvət etmək istəyirəm”, - Putin MDB liderlərinin Türkmənistanda keçirilən məhdud tərkibdə görüşündə bildirib.
Rusiya Prezidenti Yeni il öncəsi görüşün gündəliyinə də toxunub: “Bütün cari və gələcək məsələləri müzakirə edə bilərik”.
Xatırladaq ki, MDB liderlərinin Türkmənistanda keçirilən görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.