BAKI, 9 oktyabr. TELEQRAF

“Rusiya Gümrüdəki 102-ci hərbi bazadan Ermənistana qarşı siyasi alət kimi istifadə edir”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Leonid Nersisyan deyib.

Ekspertin fikrincə, Rusiya bazasının olub-olmamasının Ermənistanın özü üçün heç bir əhəmiyyəti yoxdur:

“Rusiya bazası Azərbaycanı və Türkiyəni qorxutmur. Baza hazırda daha çox siyasi funksiyanı yerinə yetirir. Bu gün başa düşmək lazımdır ki, hərbi bazanın burada olması, yoxsa olmaması daha böyük problemdir. Hazırda bu bazanın siyasi amil kimi əhəmiyyəti var”.

Azərbaycan əsgərinin naməlum şəraitdə Ermənistan sərhədini keçməsini diversiya hesab etməyən Nersisyan bildirib ki, əvvəllər də belə hallar olub və məsələ müzakirələr yolu ilə çözülüb: “Bu, diversiya deyil”.

Politoloq əlavə edib ki, Ermənistan Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamağa hazırdır.