Bakı,10 fevral. TELEQRAF

“GÜVƏNLİ-SERVİS MANAGEMENT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı azaldılıb.

Teleqraf Vergilər Nazirliyinin rəsmi elanına əsasən xəbər verir ki, şirkətin mövcud nizamnamə kapitalı 6 365 505 manat təşkil edirdi. Lakin bu məbləğ 6 365 305 manata endiriləcək.

"Güvənli" MMC 2020-ci ilin avqust ayından lombard kreditləri sahəsində fəaliyyət göstərir. Qısa müddətdə 16 filial açıb.

Qeyd edək ki, əvvəlki dövrlərdə şirkətə yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən inzibati xəta protokolu tərtib edilib.