![](https://teleqraf.az/storage/2025/02/10/715x378/mikro.jpg)
BAKI, 10 fevral. TELEQRAF
2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanmış layihələrin 99,8%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aiddir.
Teleqraf xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb.
Bildirilib ki, həmin dövr ərzində verilmiş güzəştli kredit məbləğinin isə 93,4%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.