![](https://teleqraf.az/storage/2025/02/10/715x378/odenisli_xidmetler.jpg)
BAKI, 10 fevral. TELEQRAF
2024-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü illə müqayisədə real ifadədə 8,6 faiz artaraq 12 885,5 milyon manat olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 9 698,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.
Ötən il hər bir ölkə sakini orta hesabla 1 262,9 manatlıq və ya 2023-cü illə müqayisədə nominal ifadədə 139,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.