BAKI, 24 noyabr. TELEQRAF

Bakıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Teleqraf xəbər verir ki, hadisə noyabrın 22-də baş verib.

2005-ci il təvəllüdlü Cəfərov Bünyad Muxtar oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Fətullayev Çərkəz Elnur oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən həmin gün Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.