BAKI, 24 noyabr. TELEQRAF

Cəlilabadda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Teleqraf xəbər verir ki, hadisə noyabrın 21-də baş verib.

Kərimov Pərviz Saleh oğlu idarə etdiyi “Ford Transit Tourneo Yük” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Əmənov Nadir Xanhüseyn oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən noyabrın 23-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.