BAKI, 21 oktyabr. TELEQRAF
Rusiya və ABŞ dizel yanacağının tədarükü ilə bağlı müqavilələri tamamlamaq üzrədirlər.
Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyadan 40 min ton dizel yanacağını daşıyan ilk tanker oktyabrın 22-də ABŞ-yə yola düşəcək:
Ölkənin baş nazirinin müavini Aleksandr Novak bildirib ki, təchizat həcmi getdikcə artırılacaq:
"İki lider arasında əldə olunan razılığa əsasən, biz Amerika Birləşmiş Ştatlarının ehtiyaclarını bacardığımız qədər qarşılayacağıq", – deyə o bildirib.
Novak əlavə edib ki, Rusiya dizel ixracını bərpa edir:
"ixrac həcmləri neft emalı zavodlarının gücündən asılı olacaq. İlin sonuna doğru digər ölkələrə həyata keçiriləcək tədarüklər də eynilə həmin zavodların imkanlarından asılı olacaq".