BAKI, 23 oktyabr. TELEQRAF
2027-ci il üzrə ölkənin şəhər və rayonları üzrə gəlirlər 18 430 000,0 min manat, yerli xərclər 735 575,0 min manat nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində yer alıb.
Növbəti il üçün şəhər və rayonların gəlirlərinin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 17 694 425,0 min manat təsdiqlənib.
Rayonların gəlirləri yerli xərcləri təmin etmədikdə xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrılacaq.
Büdcə planlamasına görə, gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək.