BAKI, 23 oktyabr. TELEQRAF
2027-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 500 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manat müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib.
İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 6 000 000,0 min manat məbləğində təsdiq edilib.