BAKI, 22 oktyabr. TELEQRAF
“e-müqavilə” altsistemi vasitəsilə indiyədək ümumi məbləği 3 milyard manatdan artıq olan 7500-dən çox elektron müqavilə rəsmiləşdirilib.
Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda deyib.
Nazir bildirib ki, altsistemdə elektron təhvil-təslim aktlarının tətbiqi həyata keçirilir:
"Süni intellekt əsaslı “RDMİS AI” dəstək köməkçisi istifadəyə verilib. Eyni zamanda, xəzinədarlıq əməliyyatlarının tam elektronlaşdırılması, büdcə öhdəliklərinin və ödənişlərin vahid rəqəmsal mühitdə idarə edilməsi, müvafiq altsistemlərin inteqrasiyası əsasında müqavilədən ödənişədək proseslərin rəqəmsal əlaqələndirilməsi istiqamətində işlər davam etdirilir".