BAKI, 21 oktyabr. TELEQRAF

Orta Dəhlizin inkişafı üçün yol, dəmir yolu və limanlarla yanaşı, şəffaf və investisiyalar üçün cəlbedici biznes mühiti də zəruridir.

Teleqraf xəbər verir ki, bunu “AFchamber”in icraçı direktoru Ceyhun Atayev Avropa İttifaqı və Azərbaycan Biznes Forumunda bildirib.

O qeyd edib ki, əlverişli biznes mühitinin formalaşdırılması etibarlı məlumatlara, obyektiv qiymətləndirməyə və əldə olunan nəticələr əsasında müvafiq addımların atılmasına əsaslanır:

“Sorğuların keçirilməsi iqtisadi şəraiti öz-özlüyündə yaxşılaşdırmır. Əsas məqsəd onların nəticələrindən yararlanaraq yerli şirkətlər, Avropa biznesi və investorlar üçün daha əlverişli imkanlar yaratmaqdır”.