BAKI, 23 oktyabr. TELEQRAF
2027-ci ilin dövlət büdcəsinin kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat müəyyən edilib.
Teleqraf bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Sənədə görə, kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən və digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2027-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçiriləcək.
Qeyd edək ki, gəlin il üzrə büdcə kəsiri 2026-cı ilin proqnozlaşdırılan büdcə kəsirindən 2.3% çoxdur.