BAKI, 22 oktyabr. TELEQRAF
Bakı Konqres Mərkəzində Maliyyə Nazirliyinin dəstəyi ilə konfrans keçirilir.
Teleqraf xəbər verir ki, konfrans Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ mövzusuna həsr edilib.
Dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda maliyyə naziri Sahil Babayev və nazirliyin digər rəhbər şəxsləri, eləcə də digər dövlət qurumlarının, özəl sektorun, ictimai təşkilatların nümayəndələri və peşəkar mühasiblər iştirak edir.