BAKI, 15 oktyabr. TELEQRAF
Hindistan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) 2026–2028-ci illərdə sədrliyini davam etdirməsini alqışlayır.
Teleqraf xəbər verir ki, bunu Hindistanın xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqh bu gün Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
O, sammitin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib. Kirti Vardhan Sinqh AQEM-in Asiyada sülhün, dostluğun və rifahın möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib.
O, Hindistanın inklüziv, məsləhətləşmələrə və konsensusa əsaslanan çoxtərəfli əməkdaşlığı dəstəklədiyini vurğulayıb.