BAKI, 15 oktyabr. TELEQRAF
Şri-Lanka Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin uzadılmasını alqışlayır və ölkənin rəhbərliyi altında qurumun daha da güclənəcəyinə inanır.
Teleqraf xəbər verir ki, bunu Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat bu gün Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
O, Azərbaycanın sədrliyi dövründə AQEM-in institusional inkişafını yüksək qiymətləndirib: “Asiyada geosiyasi qeyri-müəyyənliyin artdığı bir vaxtda dialoq, qarşılıqlı etimad və birgə fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Bağlantıların genişləndirilməsi, rəqəmsallaşma və dayanıqlı inkişaf regionun iqtisadi inteqrasiyasına, sülhə və rifaha töhfə verə bilər”.
Vicita Herat Şri-Lankanın ada dövləti kimi dəniz nəqliyyatının inkişafına, ticarətin asanlaşdırılmasına və rəqəmsal transformasiyaya xüsusi önəm verdiyini vurğulayıb.