BAKI, 15 oktyabr. TELEQRAF

Hörmüz boğazında gərginliyin artması və gəmilərin üzləşdiyi çətinliklər qlobal təchizat zəncirinə, enerji və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir.

Teleqraf xəbər verir ki, bunu Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.

O bildirib ki, hazırda 23 mindən çox dəniz yükdaşıma vasitəsi bu vəziyyətdən əziyyət çəkir.

“Bu həftə Ər-Riyad, Əbha, Cazan və Nəcran istiqamətlərinə husilər tərəfindən həyata keçirilən hücumlar burada təmsil olunan ölkələrin əhalisinə qarşı yönəlib. Bu, beynəlxalq hüquqa tamamilə ziddir”.