BAKI, 15 oktyabr. TELEQRAF

“Bu gün dünyada böhranlar artmaqdadır və müvafiq beynəlxalq forumlarda geniş müzakirə olunur. Lakin bu böhranların həllinə mane olan ən böyük amillərdən biri etimadın olmaması, beynəlxalq əməkdaşlar arasında qarşılıqlı inamsızlıqdır”.

Teleqraf xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.

“Bizim prioritetimiz qarşılıqlı etimadı gücləndirmək, dialoqu inkişaf etdirmək və regional sahiblənməni təşviq etməkdir. AQEM dialoqun gücləndirilməsi və əməkdaşlığın səmərəliliyinin artırılması baxımından mühüm rol oynamalıdır. Bu məqsədlə AQEM-in tam səlahiyyətli beynəlxalq təşkilata çevrilməsinə çalışırıq”, - Hakan Fidan qeyd edib.