BAKI, 15 oktyabr. TELEQRAF

Azərbaycanın 23 yaşadək (U-23) minifutbolçulardan ibarət seçmə komandası Xorvatiyada təşkil olunan dünya çempionatında pley-off mərhələsinə vəsiqə təmin edib.

Teleqraf xəbər verir ki, idmançılarımız növbəti matçında Slovakiya yığması ilə qarşılaşıb.

Gərgin keçən qarşılaşma təmsilçilərimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra milli komandamız pley-offda oynamaq hüququ əldə edib.

Qeyd edək ki, U-23 millimiz turnirdəki əvvəlki oyunlarında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiya yığmalarını eyni hesabla (4:2) məğlub edib, Rumıniya seçməsi ilə isə bərabərə qalıb (3:3).