BAKI, 9 oktyabr. TELEQRAF
“Azərsun Holdinq” və “Media Balans” MMC-lər birləşdiklərini elan edib.
Teleqraf xəbər verir ki, “Media Balans” MMC-nin təsisçinin qərarına əsasən, şirkət “Azərsun Holdinq”-ə qoşularaq ləğv olunduğunu elan edib.
Qeyd edək ki, 2000-ci ildə dövlət qeydiyyatına alınan “Azərsun Holdinq” MMC-nin nizamnamə kapitalı 127 milyon 626 min 666,67 manatdır. Şirkətin qanuni təmsilçisi Mehmet Savaş Uzandır. Şirkət qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir.
“Media Balans” MMC-nin nizamnamə kapitalı isə 50 min manatdır. Şirkətin qanuni təmsilçisi Roya Şadfar İsmayılzadədir. Şirkət rəqəmsal marketinq agentliyi kimi fəaliyyət göstərir.