BAKI, 9 oktyabr. TELEQRAF

"Saudi Aramco" "Şərq-Qərb" boru kəməri ilə neft nəqlinin bərpasından sonra noyabrda Avropa alıcılarını tələb olunan tam həcmdə neftlə təmin edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Azı üç Avropa neft emalı zavodu sifariş edilən neftin tam həcmini əldə edəcək. "Bloomberg"in məlumatına əsasən, təchizat həcmlərinin bərpası Avropa yanacaq bazarındakı gərgin vəziyyəti yumşaltmağa kömək edəcək.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı adətən Avropaya gündəlik 700 000 ilə 800 000 barel arasında neft ixrac edir.